Azərbaycanda qadınlar hərbi xidmətə cəlb oluna bilər - VACİB AÇIQLAMA

Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qadınlar könüllü və ya məcburi qaydada ordu sıralarında yer alır, bəzi hallarda döyüş bölgələrində də xidmət edirlər.

Azərbaycanda isə hazırda hərbi xidmət yalnız kişilər üçün məcburidir. Qadınlar isə yalnız könüllülük əsasında, əsasən tibbi və ya arxa cəbhə üzrə sahələrdə xidmət edə bilirlər. Lakin bu sahədə dəyişikliklərin mümkünlüyü zaman-zaman ictimai müzakirələrə səbəb olur.

Maraqlıdır, nə vaxtsa qadınlar da ordu sıralarımıza qoşula bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov “konkret.az”a açıqlamasında bildirib ki, qadınların hərbi xidmətə cəlb olunması həm Konstitusiyada təsbit edilmiş bərabərlik prinsipinə, həm də mövcud çağırışlara uyğun bir addım ola bilər.

“Əminəm ki, qadınların hərbi xidmətə cəlb olunması bir müddət sonra mütləq şəkildə gündəmə gələcək. Dünyanın bir sıra ölkələrində qadınlar kişilərlə bərabər şəkildə hərbi xidmət keçirlər. Bəzi ölkələrdə bu proses hətta məcburi xarakter daşıyır”, – deyə o, qeyd edib.

O, bildirib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna Silahlı Qüvvələrində qadınların da aktiv iştirak etdiyi müşahidə olunur.

Onlar qərargahlarda, rabitə və tibb sahələrində, eləcə də komanda hərbi hissələrində xidmət göstərirlər.

Qadınların hərbi xidmət keçməsi ilə bağlı keçmiş təcrübəyə də toxunan ekspert qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qadınların da ordu sıralarına qoşulması ənənəsi mövcud olub. Lakin sonradan bəzi neqativ halların yaşanması və mətbuatda bu barədə yazıların dərc olunması ilə bu prosesin dayandırılması qərara alınıb.
 

“Hazırda da Silahlı Qüvvələrdə qadınlar fəaliyyət göstərirlər. Onlar müddətdən artıq xidmət edən hərbi qulluqçular, eləcə də zabit heyətinin üzvləri kimi ordu sıralarında yer alırlar. Əminəm ki, gələcəkdə qadınlar ali hərbi məktəblərə,  hərbi institutlara qəbul olunacaq və onlar da kişilərlə bərabər şəkildə hərbi xidmət keçəcəklər,” – deyə ekspert vurğulayıb.


Ü.Cəfərov əlavə edib ki, problemin həll yolu qadınların orduya qəbuluna maneə yaratmaq deyil, neqativ halların baş verməməsi üçün mövcud nöqsanların aradan qaldırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” – VİDEO

Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” – VİDEO

Kişini maşınla vuraraq öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"

Kişini maşınla vuraraq öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"

Daha 5 dövlət Fələstin Dövlətini tanıdı

Daha 5 dövlət Fələstin Dövlətini tanıdı

Rüşvət alan sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR

Rüşvət alan sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR

Avropa İsrail gərginliyi PİK HƏDDƏ – Fələstin problemi qlobal qarşıdurmaya ÇEVRİLİR

Avropa İsrail gərginliyi PİK HƏDDƏ – Fələstin problemi qlobal qarşıdurmaya ÇEVRİLİR

Gəncin ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edildi

Gəncin ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edildi

FHN-dən sürücülərə MÜRACİƏT

FHN-dən sürücülərə MÜRACİƏT

Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto

Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur – FOTO

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur – FOTO

“Azərsilah”ın zavodunda qəza – YARALI VAR

“Azərsilah”ın zavodunda qəza – YARALI VAR

Şəkidə dəhşətli cinayət: Namaza gedən iki nəfəri avtomobillə vurub öldürdü

Şəkidə dəhşətli cinayət: Namaza gedən iki nəfəri avtomobillə vurub öldürdü

İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA

İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA

Yaşar Nurinin qızı tənqid hədəfinə çevrildi — VİDEO

Yaşar Nurinin qızı tənqid hədəfinə çevrildi — VİDEO

Samuxda maşın aşdı - 4 nəfər xəstəxanalıq oldu

Samuxda maşın aşdı - 4 nəfər xəstəxanalıq oldu

Yanvarın 1-dən qaydalar dəyişir - Avtobus sürücüləri sərnişinə görə yarışmayacaq

Yanvarın 1-dən qaydalar dəyişir - Avtobus sürücüləri sərnişinə görə yarışmayacaq

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

End of content

No more pages to load

RADİO