Gecə saatlarında Abşeron rayonunda Qobu qəsəbə sakini 61 yaşlı Miribrahim Seyidov yaşadığı evdə bıçaqlanıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, xəstəxanaya aparılarkən yolda ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradov tutulub.
Onlar həmyerli olublar, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media