Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat veriləcək.
Beləliklə altı uşağı olan ailələrə ayda 840 manat ödəniləcək.
Bizim.Media