“Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də "münaqişə" terminini istifadə edir”
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.
Nazir bildirib ki, münaqişə tənzimlənib:
“Lakin o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq".
Nazir bildirib ki, tarixdə münaqişə tərəflərindən birinin digər tərəfə hazır sülh sazişi təklif etməsi və onu imzalamağı xahiş etməsi kimi bir hal olmayıb:
"Ermənistanın siyasi hakimiyyəti başa düşməlidir ki, yaxşı, mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur. Bu gün üçün bu, ən yaxşı variantdır".
Bizim.Media