Egey dənizi sahillərində, Türkiyənin Çanaqqala vilayətinə bağlı Gökçəada bölgəsi yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Yunanıstana aid Ayos-Oros (Afon) yarımadası ərazisində, Gökçəadadan 130 km uzaqlıqda yerləşib.
Zəlzələ yerli vaxtla saat 15:46-da qeydə alınıb, yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Zəlzələ Çanaqqala, İzmir, Aydın vilayətlərində və ətraf ərazilərdə, eləcə də Egey və Mərmərə dənizi bölgələrində hiss olunub.
Bizim.Media