İyunun 7-də vətəndaşlar "ƏDV geri al" xidmətindən istifadə edərkən çətinlik yaşaya bilərlər.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
“7 iyun 2025-ci il tarixdə saat 10.00-dan 24.00-dək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (//www.e-taxes.gov.az/, //new.e-taxes.gov.az) tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə mümkün olmayacaq.
Dövlət Vergi Xidməti yarana biləcək narahatçılığa görə üzr istəyir”, -məlumatda bildirilib.
Bizim.Media