Alman avtomobil istehsalçısı olan “Volkswagen” kütləvi ixtisarlara başlayıb.
Bizim.Media xəbər verir ki, şirkət 20 min əməkdaşını işdən çıxaracaq.
Lakin bu zaman hər bir işçiyə 400,000 avroya qədər kompensasiya veriləcək. Ödənişin məbləği əmək stajından asılı olacaq.
Şirkətdə işləməyə davam edənlər üçün isə 2027-ci ildən dördgünlük iş həftəsi tətbiq etmək planlaşdırılır.
Qeyd edilib ki, ixtisarların səbəbi Avropada tələbatın kəskin azalması və çinli avtomobil istehsalçılarının sürətli yüksəlişidir.
Bizim.Media