“Mən olmasaydım, Tramp seçkiləri uduzardı”.
Bizim.Media xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask özünün “X” hesabında paylaşım edib.
Mask Trampın onun haqda yanıldığına dair son açıqlamasına cavab verib: “Mən olmasaydım, Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edə bilərdi, Respublikaçılar isə Senatda 51-49 səs toplaya bilərdi. Onun bu açıqlamaları nankorluqdur”.
Qeyd edək ki, daha əvvəl Tramp İlon Maskın köməyi olmadan da Pensilvaniya ştatında qalib gələcəyini bildirmişdi.
Bizim.Media