Nəzrinin ölümü ilə bağlı həbs olunan Sənan Mehdiyevin məhkəməsi BAŞLAYIB

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyevin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı, zərərçəkən şəxsin hüquqi varisi - həyat yoldaşı Fərid Mansurlu və onun vəkili cinayət işinin məhkəmə baxışına verilməsini xahiş edib.

Sənan Mehdiyevin vəkili Aydın Abdullayev vəsatət verərək məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib. Vəkil bildirib ki, müəyyən məsələlərlə bağlı sorğular müvafiq qurumlara ünvanlanıb və həmin sorğular cinayət işi üçün əhəmiyyət kəsb edir.
 

Zərərçəkənin hüquqi varisi buna etiraz edib. Məhkəmənin qərarı ilə hazırlıq iclası iyunun 13-dək təxirə salınıb.


Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Nərimanovda bağlanan yol AÇILDI

Nərimanovda bağlanan yol AÇILDI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Dünya çempionatında ¼ finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında ¼ finalçılar MÜƏYYƏNLƏŞDİ

End of content

No more pages to load

RADİO