“Rusiya atəşkəs və liderlərin görüşünə razı olmayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçirilən danışıqlardan sonra keçirilən mətbuata açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər yalnız məhbusların mübadiləsi ilə bağlı razılığa gələ biliblər. Ukrayna Rusiyaya bu ayın sonuna qədər növbəti görüşün keçirilməsini təklif edib.
Bizim.Media