Rusiyada "qiyamət" yaşandı: Güllələnmə tələb edilir

“İkinci Dünya Müharibəsində almanlar Sibirə gəlib çata bilməmişdilər, Ukrayna isə İrkutskda hərbi əməliyyat keçirir. Bütün dünya mediası Ukraynanın Rusiyanın ucqarlarında yerləşən strateji obyektlərə amansız zərbə endirməsindən yazır. Rusiyanın, Ukraynanın Teleqram kanalları baş verənləri "Rusiya Pearl Harboru" adlandırırlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, Ukrayna kəşfiyyatının bir il ərzində hazırladığı bu əməliyyat nəticəsində dronların köməyilə Rusiyanın Murmanskdakı və hətta Sibirdə, İrkutsk şəhərindəki hərbi hava limanlarında xeyli sayda, 40-dək  strateji bombardmançı təyyarələri yerindəcə məhv edilib:

“Maraqlıdır ki, Ukrayna kəşfiyyatı xeyli əvvəlcə dronları mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, dronlar havaya qaldırılıb.

Bildirilib ki, "Pautina" kod adlı bu əməliyyatın gedişinə şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk həyata keçirib.

Bu, Rusiyanın, Rusiya hərbi elitasının, Rusiya ordusunun imicinə çox böyük zərbədir.
 

Hətta Rusiyanın hökumətə yaxın Telegram kanallarında təyyarələri anqarlarda gizlətməyə məsul olan bütün məsul şəxslərin güllələnməsi tələb edilir. NATO ölkələrinin ekspertləri isə Rusiyanın bir anda xeyli sayda strateji silahlarının məhv edilməsini özlərinə qarşı təhdidlərin də azalması  kimi dəyərləndirərək sevinirlər.


Güman ki Rusiya ordusunun da cavab zərbəsi gecikməyəcək. Ümid edirəm nüvəyə əl atmazlar.

Baş verənlər bir daha sübut edir ki, müasir dron texnologiyaları illərlə və böyük vəsaitlə qurulmuş hərbi gücü bir anda sıradan çıxara bilər. Bu, müharibənin qaydalarının köklü şəkildə dəyişdiyini bir daha göstərir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

End of content

No more pages to load

RADİO