Bu gün Türkiyə vaxtı ilə saat 13:00-da, İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş Çırağan sarayında baş tutacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə İstanbulda keçiriləcək sülh danışıqlarında Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edəcək.
Rusiya nümayəndə heyətinə isə Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək.
Bizim.Media