Pentaqon dünyanın ilk nüvə mühərrikli təyyarədaşıyan gəmisi "Enterprise"ın utilizasiyası üçün 536 milyon dollarlıq müqavilə bağlayıb.
Müqavilənin şərtlərinə əsasən, CVN-65 tamamilə söküləcək, bütün təhlükəli materiallar — o cümlədən azaktiv radioaktiv tullantılar — qablaşdırılacaq və lisenziyalı obyektlərdə utilizasiya üçün təhlükəsiz şəkildə daşınacaq.
İşlər Alabama ştatının Mobil şəhərində həyata keçiriləcək və 2029-cu ilin noyabrına qədər tamamlanmalıdır.
Bizim.Media