Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə ziyan vurub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ermənistanın 1990-cı illərdə, o cümlədən 2020-ci il müharibəsindən sonrakı dövrdə ərazilərimizdə mina yerləşdirməsi 397 nəfərin ölümünə və ya şikəst qalmasına səbəb olur:
“Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu kimi mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və əhalinin öz evlərinə qayıtmasına mane olur”.
Bizim.Media