“Mən bu gün Şuşaya gələrkən yuxuda olduğumu sandım. Amma çox şükür ki, bu yuxu deyil, həqiqətdir”.
Bizim.Media xəbər verir ki, bunu gürcüstanlı din xadimi Mahmud Əhmədov jurnalistlərə açıqlamasında deyib.
“Biz hər zaman televiziyada görürdük ki, işğalda olan torpaqlarda məscidləri, qəbirstanlıqları dağıdırlar. Amma bu gün bərpa-quruculuq işlərinin şahidi olduq. İnsan gərək gözü ilə görsün ki, qəlbən inansın” – deyə o bildirib.
Din xadimi Qarabağı görməyi hər bir müsəlmana arzuladığını vurğulayıb:
“Burda qanı olan şəhidlərin və qazilərin sayəsində biz bu gün gözəl torpaqları ziyarət etdik. Arzum budur ki, Qarabağın arzusunda olan hər bir kəs bura gələ bilsin”.
Bizim.Media