Müğənni Ülviyyə Namazova həmkarı Nadir Qafarzadə ilə bağlı qalmaqallı paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində danışıb.
Ülviyyə Nadirin “mahnıcıq” və “müğənnicik” ifadələrinə qəzəbləndiyini bildirib: “Nadirin sözlərini öz üzərimə götürmürəm. Əgər kütlə bu mahnını sevirsə, Nadir də kütləyə irad bildirir.
Nadir bəyin bir çox mahnısı var. Amma “Maral” da “mahnıcıq”dır. Onu da özü oxuyub. Niyə bəzi mahnılara “mahnıcıq” deyir, amma “Maral”a yox. O, sənət əsəridir, ya bəstəkar mahnısı?
Toylarda da ifa olunur. Bu da sıradan bir mahnıdır. İrad bildirirsə, öz oxuduğu mahnıya da irad bildirsin”.
Sara, Bizim.Media