Cəlilabadda kartof sürətlə UCUZLAŞIR - FOTO

Cəlilabadda yazlıq kartofun yığımına  artıq bir müddətdir ki, başlanılıb. Lakin bölgənin əsas təsərrüfat sahələrindən biri olan kartofçuluq son illər ciddi geriləmə ilə üz-üzədir. Əkin sahələrinin azalması həm yerli bazarda, həm də ixracda problemlər yaradır.

Qeyd edək ki, Cəlilabad bir vaxtlar ölkədə yazlıq kartof istehsalının əsas mərkəzlərindən biri idi. Lakin son 3-4 ildə kartof sahələrinin əhəmiyyətli dərəcədə azalması bu sahədə narahatlıq doğurur.

Fermer Rəşad Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, əkin sahələrinin azalması tədricən baş verib.

Yəni fermerlər bu və ya digər səbəbdən ziyanla üzləşdikçə kartofçulugu tərk ediblər.


Əvvəllər rayonda 6 min hektara yaxın sahədə kartof əkilirdisə, bu il bu rəqəm cəmi 3 min hektar təşkil edir. Yəni azalma 50 faizdən də çoxdur. Fermerlər deyirlər ki, əsas səbəb kartofun maya dəyərinin yüksəlməsi, satış qiymətinin isə aşağı olmasıdır.

Xüsusilə qeyd edək ki, Cəlilabadda kartof yığımı ölkədə kartofun görünməmiş dərəcədə, hətta 2 manat 50 qəpiyə yüksəldiyi bir vaxtda başlanılıb. İlk yığımda sərf edilən qiymətlə satışı həyata keçirən fermerlər nəzərə çatdırırlar ki, artıq qiymətlər kifayət qədər aşağı  düşüb. İndi kiloqramını 50 qəpikdən satmağa məcbur qalıblar. 


Paradoksal halı fermer Ramal Məmmədov belə izah edir:


“Təbii ki, məhsulumuz xarici bazarlara – Ukrayna, Rusiya, Belarus və Gürcüstana gedir. Amma məhsuldarlıq bizi qane etmir. Məsələn, ötən il hektardan 30 tona yaxın məhsul götürürdük, bu il 12-15 ton ancaq götürmək mümkündür. Bu, nə xərcimizi çıxarır, nə də bizi razı salır. Amma indi bizə təklif edilən qiymətə satmasaq, qorxuruq ki, keçən il olduğu kimi məhsul çöllərdə qalıb məhv olsun”.

Fermerlər həmçinin vurğulayırlar ki, istixana şəraitində əkilən erkən kartoflarda hava şəraitinin qeyri-sabitliyi məhsuldarlığı daha da aşağı salıb. Sahələrin azalmasına baxmayaraq, yığılan məhsulun böyük hissəsi xarici bazarlara göndərilir. Bu, ixrac potensialını qorumağa kömək edir.


Lakin yerli istehsalın azalması daxili bazarda qiymətlərin oynaq olmasına səbəb olub. Artıq Cəlilabad kartofu bazarlarda pərakəndə olaraq 70 qəpiyə təklif edilir.


Fermer Vüqar Məmmədovun sözlərinə görə kimsə hazırda kartofun 50 qəpiyə düşməsini normal hal sayır, amma belə getsə, tezliklə qiymətlər xarici məhsula möhtac qalacağımızdan daha da baha olacaq. Mütəxəssislər bildirirlər ki, bu potensialın qorunması üçün əkin sahələrinin sabit saxlanılması və fermerlərin maraqlarının qorunması vacibdir. Fermerin marağına isə gübrə təminatından tutmuş soyuducuya, ucuz bank kreditinə, toxumluq kartofla təmin edilməsinə qədər bir xeyli problemli məsələlər daxildir.

Cəlilabad DAİM-in bitkiçilik sektorunun müdiri Hafiz Kərimov isə qeyd edib ki, əgər keçən il 2800 hektarda kartof əkini həyata keçirilmişdisə, bu il  bu sahədə əkin 3000 hektar təşkil edib. Artıq 57 min 750 tona yaxın məhsul yığılıb ki, bunun da 35 min tonu məhz ixraca yönəldilib. Müsahibimizin sözlərinə görə hazırkı qiymət fermeri təmin edir və keçən illə müqayisədə rentabellik var.


Hafiz Kərimov onu da əlavə etdi ki, müəyyən illərdə kartofun ixracında yaranan problemlər fermeri kənd təsərrüfatının digər sahəsinə meyl etməsinə səbəb olurdu. Yəni, fermerə nə sərf edirsə, onu da əkir.

Kartofçuluq Cəlilabadda yalnız iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıyır. Təkcə bir faktı qeyd edək ki, sahələrdə yaxın rayonlardan da yüzlərlə işçi günəmuzd çalışır. Bu sahədə davamlılıq üçün konkret dəstək və yeni mexanizmlərə ehtiyac var. Əks halda, azalan sahələr bölgə kənd təsərrüfatını uzunmüddətli riskə ata bilər. Həm də, niyə biz kartofu Pakistandan və ya İrandan baha qiymətə alaq?








Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Real Madrid" rəhbərliyi Vinisiusun davranışlarından NARAHATDIR

"Real Madrid" rəhbərliyi Vinisiusun davranışlarından NARAHATDIR

3 həftədən çox davam edən öskürək bu ölümcül xəstəliyin XƏBƏRÇİSİDİR

3 həftədən çox davam edən öskürək bu ölümcül xəstəliyin XƏBƏRÇİSİDİR

Mənzurənin açıqlaması MÜZAKİRƏ OLUNDU: “Tatlısəs öldü də…” - VİDEO

Mənzurənin açıqlaması MÜZAKİRƏ OLUNDU: “Tatlısəs öldü də…” - VİDEO

Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

Sevgi axtaran bürclərə MƏSLƏHƏT: Qapılarınızı açıq saxlayın

Sevgi axtaran bürclərə MƏSLƏHƏT: Qapılarınızı açıq saxlayın

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Brüssel aeroportu BAĞLANDI

Brüssel aeroportu BAĞLANDI

Oğlu Zaura şərt qoydu: “Maşın almasan, səninlə işləməyəcəyəm” - VİDEO

Oğlu Zaura şərt qoydu: “Maşın almasan, səninlə işləməyəcəyəm” - VİDEO

Vüqar Hüseynova ağır itki - FOTO

Vüqar Hüseynova ağır itki - FOTO

Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

Ağ Ev “B planı” hazırlayır - Rüsumlar qanunsuz sayılarsa…

Ağ Ev “B planı” hazırlayır - Rüsumlar qanunsuz sayılarsa…

"Altın kelebek" LƏĞV EDİLDİ

"Altın kelebek" LƏĞV EDİLDİ

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Roza mərhum atasından YAZDI: “Mən sənin üçün oxuyuram” - VİDEO

Roza mərhum atasından YAZDI: “Mən sənin üçün oxuyuram” - VİDEO

Hakim Rasim Sadıxov işdən çıxarıldı - FOTO

Hakim Rasim Sadıxov işdən çıxarıldı - FOTO

Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşüb - FOTO

Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşüb - FOTO

İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində - FOTO

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində - FOTO

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Aİ yeni üzvlər üçün “sınaq müddəti” tətbiq etmək istəyir

Aİ yeni üzvlər üçün “sınaq müddəti” tətbiq etmək istəyir

Meyxanaçıdan İDDİALI AÇIQLAMA: “Namiq Qaraçuxurlu məndən bəhrələnib” - VİDEO

Meyxanaçıdan İDDİALI AÇIQLAMA: “Namiq Qaraçuxurlu məndən bəhrələnib” - VİDEO

Biləcəridə avtobus AĞIR QƏZA törətdi, xəsarət alanlar var - VİDEO

Biləcəridə avtobus AĞIR QƏZA törətdi, xəsarət alanlar var - VİDEO

Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi

Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi

Füzuli Dövlət Dram Teatrının direktoru VƏFAT EDİB

Füzuli Dövlət Dram Teatrının direktoru VƏFAT EDİB

End of content

No more pages to load

RADİO