Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ

Çin avtomobilləri son illərdə sürətlə inkişaf edərək dünya avtomobil bazarında önəmli yer tutmağa başlayıb.

Bizim.Media xəbər verir ki, avtomobil ustası Əli Əliyev Metbuat.az-a açıqlamasında bu avtomobillərin üstünlüklərindən və mənfi cəhətlərindən danışıb.

O bildirib ki, əsas üstünlüklərdən biri avtomobillərin yeni olmasıdır:

"Bu, alıcıların diqqətini cəlb edir. Çünki yeni avtomobil sürmək, nə qədər brend olsa da, ikinci əl avtomobildən daha üstündür. Yeni avtomobildə hər şey təzə olur, müəyyən müddət ustaya ehtiyac olmur. Bu avtomobillər yeni texnologiyalarla təchiz olunub. Elektron sistemlər, ağıllı idarəetmə funksiyaları və müxtəlif sensorlarla təmin olunması avtomobilləri daha cəlbedici və sərfəli edir".

Ə.Əliyevin sözlərinə görə, Çin istehsalı avtomobillərin rahat və geniş olması da vacib məsələdir:

"Alman, Avropa və ya Koreya avtomobilləri ilə qiymət baxımından müqayisə aparıldıqda, məsələn, 20 000 manat civarındakı avtomobillər adətən kiçik seqmentə aiddir. Lakin eyni qiymətə olan Çin avtomobilləri daha geniş salona və yüksək komforta malik olur. Bu səbəbdən alıcılar daha çox Çin avtomobillərinə üstünlük verirlər".

Usta bu maşınların mənfi cəhətlərindən söz açarkən qeyd edib ki, əsas narahatlıq dözümlülüklə bağlıdır:

"Bu avtomobillər beş il sonra necə işləyəcək, davamlı olacaqmı, sual altındadır. Avtomobili almamışdan əvvəl qiymətə yox, ehtiyat hissələrinin mövcudluğuna baxmaq lazımdır. Hazırda bunların servis xidmətləri zəifdir. Hamısı yeni texnologiyadan ibarət olduğu üçün onları diaqnostika və təmir etmək çətindir. Bu maşınlar ancaq öz rəsmi dilerlərində təmir olunmalıdır, yəni servis mərkəzi olmalıdır".

Avtomobil mütəxəssisi brend dəyərindən də danışıb. O deyib ki,Çin avtomobillərinin ikinci əl bazarında nə dərəcədə satılacağı bəlli deyil:

"Yapon və Amerika avtomobilləri ilə müqayisədə Çin avtomobillərində brend məsələsi ön plana çıxır. Alıcı üçün əsas suallardan biri budur: sabah bu avtomobili sata biləcəyəmmi, ikinci əl bazarı olacaqmı?
 

Bu, hələ də qeyri-müəyyən olaraq qalır. Brendin etibarlılığı və detalların uzunömürlü olub-olmaması da vacib amillərdəndir. Məsələn, Avropa və Koreya avtomobilləri adətən 150-200 min kilometr məsafə problemsiz qət edə bilir.


Amma Çin avtomobillərinin 50 və ya 100 min kilometrdən sonra necə işləyəcəyi məlum deyil. Üstəlik, bu avtomobillər korporativ istehsal olduğu üçün bəzən daha tez sıradan çıxırlar. Batareya və zavod qüsurları kimi problemlər digər rəqiblərlə müqayisədə daha çox müşahidə olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

End of content

No more pages to load

RADİO