Rəsul Rzanın 115 illiyi qeyd olundu - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Xalq şairi Rəsul Rzanın 115 illiyi münasibətilə "Rəsul Rza - 115" adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Akademik İsa Həbibbəyli, Xalq yazıçısı Anar və digər yaradıcı şəxslər iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Rəsul Rzanın böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkküründən danışıb. Akademik çıxışında Rəsul Rzanın XX əsrin Sovet dövründə vətəndaş şair hesab olunduğunu qeyd edib:

"O dövrdə tam vətəndaş şair mövqeyindən çıxış etmək çətin idi. Bizdə vətəndaş şairlər 1960-70-ci illərdən sonra formalaşdı. Bunlara Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digərlərini aid etmək olar. Rəsul Rza isə o dövrdə vətəndaş şair olaraq öz sözünü həm ədəbiyyatda, həm ictimaiyyətdə deyə bilirdi".

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək Rəsul Rza yaradıcılığından söz açıb. O, şairin yaradıcılığının böyük qisminin sərbəst vəzndən ibarət olduğunu bildirib:

"Onun müharibə şeirləri heca vəznində yazılıb. Amma yaradıcılığının böyük qismi və onu şair kimi təsdiq edən sərbəst vəzində yazdığı şeirlərdir. 60-cı illərdə artıq onun səsinə səs verən şairlər meydana çıxdı və onları da həmişə Rəsul Rza himayə edirdi. Onlar Əli Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Ramiz Rövşən və başqaları idilər".

O, Rəsul Rzanın şairlər Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq haqqında və həmçinin öz müasirləri haqqında da yazdığını qeyd edib.

Daha sonra "Qobustan" jurnalının baş redaktoru Pərvin Nurəliyeva çıxış edib və Rəsul Rzanın Azərbaycan kinosundakı rolunu vurğulayıb.

O bildirib ki, Rəsul Rza Kinematoqrafiya naziri olanda "Arşın mal alan" filminin və cənubi Azərbaycan haqqında olan "Arazın o tayında" filmlərinin çəkilişində rolu olub.

Qeyd edək ki, mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
 

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.



IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.











Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

End of content

No more pages to load

RADİO