İyunun 21-də Gürcüstan Parlamentində Xarici əlaqələr üzrə komitəsinin iclası keçiriləcək. İclasda baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Azərbaycan, Ermənistan, Türkiyəyə səfərləri və NATO sammiti barədə hesabat verəcək.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə komitənin sədri Nikoloz Samxaradze məlumat verib.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili XİN başçısı ilə birgə bu ilin mayın 5-də Azərbaycanda rəsmi səfərdə olub.
Bizim.Media