Azərbaycan və Misir arasında parlamentlərarası münasibətlər müzakirə edildi - FOTO

Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə Misir Ərəb Respublikası Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq münasibətləri üzərində qurulduğunu qeyd edib. Parlament sədri qonağın budəfəki səfərinin ikinci olduğunu xatırladaraq, səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır. Prezidentlərimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər əsasında mövcud potensialdan istifadə etməyə şərait yaratmaqla yanaşı, fəal siyasi dialoqu da dəstəkləyərək iki ölkə arasındakı əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verir.

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərdə mühüm yer tutduğu vurğulanaraq Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların və kifayət qədər böyük potensialın mövcudluğu qeyd olunub. Eyni zamanda, xalqlarımız arasında mövcud olan ortaq mənəvi dəyərlər, o cümlədən İslam dini və ailə dəyərləri fonunda humanitar əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyi, son illərdə bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Milli Məclisin sədri Azərbaycan ilə Misir arasında ikitərəfli və çoxtərəfli münasibətlərə əhəmiyyətli müsbət təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, 2023-cü ildə Misirə rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib və parlamentlərarası münasibətlərin dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin rolunu xüsusi olaraq diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisi ilə Misir Senatı arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün mühüm hüquqi əsas yaratdığını vurğulayan parlamentin sədri qeyd edib ki, bu sənəd, eyni zamanda, parlamentlərin profil komitələri və aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsinə də töhfə verəcək.

Səmimi qəbula görə minnətdarlığını bildirən Misir Senatının sədri Abdel Vahab Abdel Razeq Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirib, Prezident İlham Əliyevlə keçirdiyi görüş və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, bu görüşün mehriban və səmimi şəraitdə keçdiyini vurğulayıb.

Senatın sədri hazırda Misir və Azərbaycan arasındakı münasibətlərin özünün qızıl dövrünü yaşadığını vurğulayaraq, bunu ölkə başçılarının şəxsi münasibətlərinin, qarşılıqlı səfərlərinin və müntəzəm təmaslarının nəticəsi kimi dəyərləndirib. O, parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbətdə beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb, parlamentlərimizin xüsusilə Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsindəki birgə fəaliyyəti və qarşılıqlı dəstəyi məmnunluqla qeyd edilib.

S.Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə ətraflı məlumat verərək, bu qurumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunduğunu, hazırda institutlaşma prosesinin davam etdiyini diqqətə çatdırıb. O, qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə Misir parlamentinə təşəkkürünü bildirib və Şəbəkənin gələcək inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.

Söhbət zamanı Azərbaycanın 2024-cü ilin dekabrında Misirdə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitində təşkilata üzv seçilməsi və bu prosesdə bütün üzvlərin, o cümlədən Misirin də ölkəmizin namizədliyini dəstəkləməsi iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsi kimi dəyərləndirilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

End of content

No more pages to load

RADİO