Markovdan SENSASİON XƏBƏRDARLIQ: “Rusiya və NATO nüvə müharibəsinə başlaya BİLƏR” – EKSKLÜZİV

“Rusiyanın Ukrayna böhranında sülh sazişi məsələsində Türkiyənin rolunu və xüsusilə Prezident Ərdoğanın səylərini yüksək qiymətləndiririk. Prezident Tramp da sülh təşəbbüskarlarından biri kimi Prezident Ərdoğandan vasitəçilik etməsini xahiş etdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Ukrayna pərdəarxası danışıqlar aparır?


Ankarada Rusiya-Ukrayna nümayəndələrinin planlaşdırılan növbəti görüşü barəsində danışan Markov, bir sıra məqamlara diqqət çəkib.

O hesab edir ki, Avropa ölkələrinin atdığı addımlar sülhə ən böyük əngəldir.

“Gərgin toqquşmalar zamanı İngiltərə və Fransa liderləri ictimai rəyi, xüsusilə də Ukrayna ərazilərinə əsgər göndərilməsinə qarşı çıxan şəxsləri nəzərə almaya bilərlər. Amma Fransa və İngiltərə hökumətlərinin işğal qüvvələrini Ukraynaya niyə göndərmək istədikləri aydın görünür. Onlar bu qüvvələri Odessa, Xarkov, Kiyev və digər böyük şəhərlərdə yerləşdirmək istədiklərini deyirlər. Amma məsələ təkcə mövcud vəziyyətlə məhdudlaşmır. Onlar yeni bir müharibə dövrünə hazırlaşmaq istəyirlər. Çünki belə bir vəziyyətdə yeni müharibənin qaçılmaz olduğunu anlayırlar”.
 

Markovun fikrincə, məhz buna görə də Rumıniya və Polşa ərazilərinə NATO-ya məxsus raketdən müdafiə sistemləri yerləşdirmək istəyirlər ki, Ukraynadakı İngilis və Fransız qüvvələrini qoruya bilsinlər.


“Eyni zamanda Ukrayna ordusuna çox sayda ağır silah vermək və bu sülh dövründə intensiv təlimlər keçirmək istəyirlər. Bu təlimlərin məqsədi, Ukrayna ordusunu yeni müharibə mərhələsinə hazırlamaqdır. Vəziyyətə baxın. Onlar düşünürlər ki, nəticədə Ukrayna ordusu daha güclü, daha böyük olacaq, çox sayda ağır silahla təchiz olunacaq və arxasında fransız və ingilis qüvvələri olacaq. Bu böyük ordu isə Rumıniya və Polşadakı NATO raketdən müdafiə sistemləri tərəfindən qorunacaq. Əgər Ukrayna hökuməti müharibəyə başlasa nə olacaq? Rusiya hücum etmək məcburiyyətində qalacaq”, - deyə S.Markov qeyd edib.

Nüvə fəlakəti xəbərdarlığı

Analitik hesab edir ki, bu plan reallaşacağı təqdirdə Rusiya cavab verəcək ki, belə olduqda da müharibənin arealı genişlənəcək:

“Bu halda Rusiya Hərbi Hava Qüvvələri Rumıniya və Polşa ərazilərindən gələn hücumlarla üzləşəcək. Çünki bu bölgələr ingilis, fransız və Ukrayna əsgərlərini qoruyacaq. Bu isə Rusiyanın NATO ilə müharibəsinə səbəb ola bilər. Bu, Volodimir Zelenskinin əsas məqsədidir — Ukrayna ərazisində NATO ilə Rusiya arasında müharibə başlatmaq və NATO-nun Ukraynanın tərəfində yer almasını təmin etmək. Bu, Zelenski üçün yaxşı ola bilər, amma Rusiya və bütün dünya üçün çox pis nəticələr doğurar. Çünki bu, nüvə fəlakətinə səbəb ola bilər və dünya miqyasında hər kəs bu nüvə fəlakətinin nəticəsində həyatını itirə bilər”.

“Rusiya yalnız bu halda atəşkəsə hazırdır”
 

Sergey Markov sözügedən planları əsas götürərək, Rusiyanın atəşkəs çağırışlarına qarşı olduğunu deyir:


“Bax bu səbəbdən Rusiya, qeyd-şərtsiz 30 günlük atəşkəsə qarşıdır. Rusiya, bu atəşkəsin şərtli olması gərəkdiyini bildirir. Yəni Rusiya yalnız Fransa, İngiltərə və digər NATO ölkələri Ukrayna ordusuna ağır silah göndərmədiyi və Ukrayna məcburi səfərbərliyi dayandırdığı təqdirdə 30 günlük atəşkəsi qəbul edir. Rusiya könüllü səfərbərliyə qarşı deyil. Kim istəyirsə, Ukrayna ordusuna qoşula bilər. Lakin Ukrayna xalqının məcburi səfərbər olunması dayandırılmalıdır. Bu, atəşkəslə bağlı Rusiyanın təklifidir”, - deyə S.Markov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

End of content

No more pages to load

RADİO