Misli Premyer Liqasında sonuncu - XXXVI tur çərçivəsində "Turan Tovuz" evdə "Kəpəz"lə üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi bu oyunda 4 cavabsız qolla qalib gəlib.
"Turan Tovuz"un heyətində 10-cu və 23-cü dəqiqələrdə Aleks Souza, 44-cü dəqiqədə isə Ayxan Hüseynov fərqlənə biliblər.
Qarşılaşmanın 42-ci dəqiqəsində "Kəpəz"in futbolçusu Turan Manafov avtoqola imza atıb.
Bizim.Media