İtkin düşən və Azərbaycan əsirliyində olan diversantların bir qrup valideynləri Rusiya Erməniləri Birliyinin sədri Ara Abramyanla birlikdə Moskvaya gedərək orada bir sıra görüşlər keçiriblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb.
Nəşr qardaşı müharibədə ölən və qardaşı oğlu əsir götürülən Arsen Qukasyana müraciət edib. Kişi məlumatı təsdiqləyib, ancaq əsgərlərin yaxınlarının dəqiq kimlərlə görüşdüyünü açıqlamağı məqsədəuyğun saymayıb.
"Ara Abramyan bizə vəd etdiyi görüşləri təşkil edib. Əsirlərimizlə (diversantları nəzərdə tutur), eləcə də digər bir sıra məsələlərlə bağlı müzakirə etdik. Məqsəd birdir, prosesi sürətləndirmək və əsirliyi təsdiqlənənləri geri qaytarmaq üçün bir yol tapmaq lazımdır. Bizə müxtəlif istiqamətlərdə kömək vəd olunub. Valideynlər bütün görüşlərdə iştirak edirlər”, deyə Qukasyan bildirib.
O, əlavə edib ki, Ara Abramyan səfərin təşkili üçün Rusiya paytaxtında qalması da daxil olmaqla bütün xərcləri öz üzərinə götürüb.
Bizim.Media
