Gəncədə eyni ünvanda iki nəfər zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində yerləşən mənzillərdən birində 1994-cü il təvəllüdlü Sürəyya Hacıyeva və 2001-ci il təvəllüdlü Ayişə Qəribova sirkə turşusundan zəhərləniblər.
Zərərçəkənlər təcili xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu