Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, saat 20 radələrində Zaqatala şəhərində Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi VAZ-2106 markalı avtomobillə yolu keçən piyada Yuxarı Tala kənd sakini 1957-ci il təvəllüdlü Umaxan Əliyevi vurub.
Yaralı dərhal Zaqatala RMX-na yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bürosu.