Misirin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti BAŞA ÇATIR

Mayın 23-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nağı ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Nazir tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Misir münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
 

Görüşdə iki ölkənin liderlərinin 2023-cü və 2024-cü illərdə qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.


Misir səfiri Hişam Məhəmməd Nağı Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

End of content

No more pages to load

RADİO