"Bu il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı 130 min 641 nəfərə çatıb".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 12 min 138 nəfər artım deməkdir. Buraxılış imtahanlarında isə 119 min 296 şagird iştirak edib".
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media