"İkinci cəhddə də eyni meyarlarla yoxlanilıb. Markerlər bu prosesdə iştirak etdikdə nələrsə gözdən qaça bilər. Bu, normal haldır. Ola bilsin ki, kimsə səhv buraxsın. İki milyon yeddi yüz yoxlama işi yoxlanılıb və prosesdə min səkkiz yüz işin nəticələrində dəyişiklik edilib".
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) idarə heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu statistik bir səhvdir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media