"Müəyyən proseslərin monitorinqində süni intellekdən istifadə olunur. Yoxlama prosesində nəticələri yalnız süni intellekt yoxlaya bilməz. Bu, hələ ki, mümkün deyil".
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) idarə heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Dünyanın heç bir yerində belə nümunə yoxdur. Lakin hazırda yeni bir sistem üzərində çalışırıq. Artıq daxil olan zəngləri süni intellekt cavablandıra biləcək".
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media