"Buraxılış imtahanlarında riyaziyyat fənnindən olan nəticələr ürəkaçan deyil".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O, gələcəkdə bu göstəricilərin yaxşılaşacağına ümid etdiyini bildirib.
Bizim.Media