Mayın 22-də məxfi məlumatları başqa şəxslərə verən vətəndaşların müxtəlif kiber üsulla 1500, 392, 380, 240, 100, 61, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Məlumatını qorumaq – maliyyə təhlükəsizliyinin açarıdır. Real təhlükə – diqqətli ol ki, pulun oğurlanmasın.
Bank səndən heç vaxt parol istəməz. Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə vermə” – məlumatda vurğulanıb.
Bizim.Media