İnternet sürətinin yüksəldilməsi üçün tədbirlər görüləcək - FOTO

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan Agentliyin İdarə heyətinin sədri Nail Mərdanov telekommunikasiya sahəsində son illər görülən işlər və çağırışlar haqqında məlumat verib.

İKTA rəsmisi “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edildiyini xatırladıb. Artıq cari ilin aprel ayının göstəricisinin 54% daha yüksək 76,87 Mbit/s olması barədə məlumat verib.
 

Müzakirələr zamanı qeyd edilib ki, 2020 – 2025-ci illər üçün nəzərdə tutulmuş hədəflərə operatorlar və provayderlərlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə uğurlu fəaliyyəti nəticəsində çatmaq mümkün olub.


Nail Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu, yaxud 78%-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub.

“Yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər. Bunun üçün telekommunikasiya infrastrukturu 1 Gbit/s və yuxarı internet sürətlərini dəstəkləməli və yüksək sürət paketləri təqdim edə bilməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir”, – deyə İKTA sədri qeyd edib.

Ölkədə internetin sürətinin artırılması və bu baxımdan “Ookla”nın “Speedtest Global Index” reytinqində irəliləmək imkanları haqqında fikir mübadiləsi aparılıb.
 

Bildirilib ki, indikatorların növbəti illərdə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün indidən lazımi tədbirlər görülməsi, hazırlıq işlərinə başlanılması lazımdır.


Mövcud 2,2 mln qoşulmalardan təxminən 100 mini ADSL, 400 mini “Ethernet” bağlantısı (ETTH) və sabit simsiz internet bağlantısı (FWA) texnologiyası vasitəsilə təmin edilir. Beləliklə, müasir və rəqabətə davamlı təkliflər verə bilmələri üçün köhnəlmiş texnologiya istifadə edən operatorlar şəbəkələrinin texnoloji yeniləşdirilməsi barədə zəruri addımlar atmalıdırlar.

Daha sonra inkişaf etmiş ölkələrdə təqdim edilən internet sürət paketləri nümayiş etdirilib. Təklif edilib ki, növbəti müzakirələrə qədər operator və provayderlər bu hədəfə çatmaq üçün atacaqları addımları müəyyən etsin, bu istiqamətdə daxili təhlillər edərək təkliflər hazırlasınlar. Tənzimləyici qurum isə öz növbəsində bu istiqamətdə onlara lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. Qarşılıqlı anlaşma şəraitində keçirilən görüşün sonunda problemlərin aradan qaldırılması məqsədilə bu tipli görüşlər, seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO