Bərdədə iki kişi 12 yaşlı oğlana HÜCUM ETDİ – ANBAAN VİDEO

Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşlarında iki kişi tərəfindən hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakues.az məlumat yayıb.

Altayın anası Aydan Quliyevanın sözlərinə görə, imtahana gedən oğlu 17 may saat 16:00-17:00 radələrində tanımadıqları iki kişi tərəfindən fiziki zorakılıqla üzləşib:

“Oğlum imtahandan qayıdanda Cəfər Cabbarlı küçəsində dostu və sinif yoldaşı ilə görüşərək bir az vaxt keçiriblər. Dostu oğlumu evə yola salmaq üçün küçəylə bərabər gələndə eyni yaşlarda olan bir uşaq onlara sataşıb. Oğlumu və dostumu söyüb, nalayiq əl hərəkəti edib. Oğlum həmin uşağa yaxınlaşaraq söyməyinin səbəbini soruşub. Uşaq oğlumu itələyib və şillə vurub. Oğlum da cavab olaraq ona şillə vurub. Evləri yaxınlıqda yerləşən uşaq qaçaraq, atasına xəbər verib.

52 yaşlı ata təxminən 40-45 yaşlı xalası oğlu ilə “Mersedes” markalı maşınla oğlumun dalınca düşüblər. Oğlumu saxlayandan sonra onun şillə vurub-vurmadığını soruşublar. Oğlum da “Hə, əmi, vurmuşam. Biz yolu keçəndə bizi söydü, sonra isə mənə əl atdı”, - cavabını verib.

Bundan sonra həmin şəxslər maşının qapısını açaraq, uşağımı tutmaq istəyəndə qaçıb. Onlar oğlumu əvvəl maşınla, sonra isə piyada Alaçadırlı kəndinə kimi qovalayıblar. Həmin şəxslərdən qaçan oğlum bir mağazaya girib. Lakin onlar oğlumu mağazadan zorla çölə çıxarıb, belinə və başına zərbələr endiriblər. Daha sonra isə zorla harasa aparmağa çalışıblar. Lakin kəndin sakinləri uşağımı onların əllərindən almağı bacarıblar”.

Valideyn qeyd edib ki, övladı yaşadığı bu hadisədən sonra qorxu içində yaşayır. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də əlavə edib:

“Ölkəmizdə uşaq hüquqları qorunur. Ölkəmiz dərəbəylik deyil ki, hər yoldan keçən uşaqlara psixoloji travma yaşatsın. Oğlum evə çox pis vəziyyətdə gətirildi. Yekə kişilərin azyaşlı uşağı bu hala salması nə dərəcədə doğrudur?! Əgər uşağımın səhvi varsa, üzr istəməyə hazırıq. Lakin 40-50 yaşlı kişilərin 12 yaşlı uşağa bu cür qorxu yaşatması qəbuledilməzdir. Övladım hazırda qorxuyla yaşayır, gecə yatdığı yerdə qışqırır. Xahiş edirəm ki, uşağıma bu halı yaşadanlar öz cəzasını çəksin”.

Mövzuya aid videogörüntünü təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO