Sumqayıtda Texnologiyalar Parkının əməkdaşı iş yoldaşını aldatdı: “6000 maaş veriləcəyini dedi”

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının koordinatoru 1995-ci il təvəllüdlü Elmar S. barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, MMC-nin baş mütəxəssisi olan Z.M-i aldadaraq 49 500 manat almış keçmiş iş yoldaşına hökm oxunub.

Məhkəmədə bildirilib ki, Elmar STP-nin rəhbərliyi ilə qohum olduğundan Z.M ona inanıb və yuxarı vəzifəyə təyin olunmaq üçün hissə-hissə olmaqla 50 min manata yaxın pul verib.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Elmar onu STP-nin tərkibində yeni yaradılacaq şöbəyə rəhbər təyin etdirəcəyinə söz verib:

“2009-cu ildən STP-də çalışmağa başlamışam, Elmar isə İnzibati idarəetmə departamentində işə başlamışdı. Lakin məndən iş öyrənməsi üçün bizim otaqda əyləşirdi və aramızda münasibət yarandı.

Elmar işləri öyrənəndən sonra guya mənim yerimə keçəcəyini demişdi. Onun rəhbərliklə yaxın olduğunu güman etdiyimdən sözlərinə inandım. Elmar həmçinin mənə ММС-də yeni şöbə yaranacağını və oranın rəhbəri olacağını demişdi. O, təkidlə özünün rəhbərliklə yaxın olduğunu göstərirdi.

Təxminən 2023-cü ilin oktyabr ayında axşam saatlarında Elmar mənimlə əlaqə saxlayıb vacib görüşməli olduğunu bildirdi. Onun maşınında görüşəndə mənim vəzifəyə təyin olunma məsələmi rəhbərliyə yaxın şəxslərlə müzakirə etdiyini, mənim şöbə rəisi, özünün isə müavin olacağını dedi. Mənə aylıq 6000 manat, özünə isə 5500 manat əməkhaqqı veriləcəyini bildirdi. Sabahı günü isə işin alınması üçün pul verilməli olduğunu bildirdi və hissə-hissə olmaqla məndən 49 500 manat aldı”.

Məsələ ilə bağlı cinayət işinin açılmasından sonra hər iki şəxs STP-də işdən çıxarılıb.

Məhkəmədə təqsirləndirilən şəxs Z.M-dən aldığı pulun hamısını qaytardığını bildirib. Zərərçəkmiş şəxs də artıq Elmardan şikayətçi olmadığını deyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Elmar S. Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron qolbaq taxılıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO