Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.
Bizim.Media xəbər verir ki, tıxacda dayanan avtomobilə "Dayanma durma" cəriməsi gəlib. Bu barədə sürücü iradını sosial şəbəkə vasitəsi ilə bildirib.
Sürücüyə 346.4 maddəsi ilə ( Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə ) 80 manat, 2 bal cərimə yazılıb. (Milli.az)

Bizim.Media