Rusiya İstanbulda Qərbə bu şərtləri diktə edəcək - "The New York Times"

Bu gün İstanbulda Rusiya və Ukrayna arasında atəşkəsə dair danışıqlar keçiriləcəyi gözlənilir.

Dünyanın gözü bu danışıqlara, xüsusən də Vladimir Putinin ora qatılıb-qatılmayacağına dikilib.

Ancaq Kreml artıq aydın siqnal verib: Rusiya döyüş meydanında üstünlük əldə etdiyindən, masa arxasında da istədiyini almalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzeti yazıb.

Putin: "Ukraynalıları sona qədər əzəcəyik"

Mart ayının sonunda Vladimir Putin bildirib ki, Rusiya ordusu bütün cəbhə boyu üstünlük qazanıb və Ukraynanı diz çökdürmək ərəfəsindədir.

O demişdi: “Əlimizdə yetərli sübutlar var ki, biz onları sona qədər əzəcəyik. Sadəcə, Ukrayna xalqı nə baş verdiyini özü dərk etməlidir.”

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov da bu fikri dəstəkləyərək bildirib ki, Rusiya ordusu 116 istiqamətdə irəliləyir.

O əlavə edib: “Əgər ukraynalılar danışmaq istəmirlərsə, biz onlarla onların yaxşı başa düşdüyü və öyrəşdiyi dillə – rus süngüsünün dili ilə danışacağıq.”

Diplomatik oyunlar və səhnələşdirilmiş təzyiqlər

Putinin şəxsən danışıqlarda iştirak edib-etməyəcəyi əvvəldən məlum deyildi. Ukrayna prezidenti Volodimir Zelenski görüşə özü gələcəyini və Putini orada görmək istədiyini bəyan etmişdi, halbuki Putinin görüşdən yayınacağını yaxşı bilirdi.

Bu vəziyyət ABŞ prezidenti Donald Trampı da seçim qarşısında qoydu: Tramp bildirdi ki, yalnız Putin gələcəksə, o da gedəcək.

Nəticədə Putin vəziyyəti qeyri-müəyyənlikdə saxlayaraq danışıqların gündəmini və tempini özü diktə etdi.

ABŞ: "Rusiya həddindən artıq tələbkardır"

ABŞ-ın "NYT" qəzetinə danışan mənbələr qeyd edir ki, Tramp administrasiyası Rusiya tərəfinin tələblərindən təəccüblənib. Amerikanın fikrincə, Rusiya meydanda böyük üstünlük qazanmadan maksimalist və sərt şərtlər irəli sürür.Rusiya danışıqlarda Ukrayna ordusunun şəxsi heyət sayının azaldılmasını, silah çeşidinin və sayının məhdudlaşdırılmasını və Rusiya tərəfindən
ilhaq edildiyi iddia edilən dörd regionun (aralarında Kiyev tərəfindən nəzarət olunan ərazilər də var) təslim olunmasını tələb edir.

ABŞ vitse-prezidenti Cey Di Vens bu tələbləri tənqid edərək deyib: “Rusiya hələ ələ keçirmədiyi əraziləri alacağını düşünə bilməz.”

Rusiya nə qədər irəliləyib?

"The New York Times" ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına istinadən yazır ki, son 16 ayda Rusiya cəmi 2 940 kv.km ərazi ələ keçirib. Bu, ABŞ-ın Delaver ştatından da kiçikdir.

Bu fakt Rusiyanın müharibə sahəsində nisbətən “kiçik, lakin baha başa gələn” uğurlar qazandığını, ancaq ümumi qələbədən hələ uzaqda olduğunu göstərir.

Rusiya nəyi hədəfləyir?

Rusiya Ukraynanı təslim olmağa məcbur etmək, ABŞ-ın isə artıq Kiyevə dəstəyini azaltmaqda olduğunu göstərmək istəyir. Siyasi müşahidəçilərin fikrincə, Putin Ukraynanın müdafiə xətlərinin çökməsini və Zelenskinin öz elitası tərəfindən kənarlaşdırılmasını gözləyir.

Karnegi Fondunda çalışan tanınmış analitik Tatyana Stanovaya mövzu ilə bağlı bunları bildirir:

“Putin inanır ki, Ukrayna elitaları deyəcək: “Zelenski, çəkil kənara. Biz özümüz Putinə şərt irəli sürərik.’”

Stanovaya hesab edir ki, Putinin İstanbul danışıqlarını təklif etməsinin səbəbi sülh yox, Trampı prosesdə saxlamaqdır: “Bu, ukraynalılar üçün yox, Tramp üçündür – və yalnız onun üçün.”

Qəzet yazır ki, Putin eyni anda həm Qərblə qarşıdurma aparmağa, həm də ABŞ-la (xüsusilə Trampla) münasibətləri qorumağa çalışır.

Qərbin sanksiyaları və Putinin reaksiyası

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar dalğasını müzakirə edir, o cümlədən “kölgə donanması” ilə bağlı tədbirlər. Tramp isə sanksiyalarla hədələyir, amma hələ də konkret addım atmayıb. Bu isə Kremldə özünəinam hissini gücləndirir.

Nəticə: Səhnə qurulub, amma real danışıqlara zəmin yoxdur

NYT-nin yekun qeydinə görə, İstanbulda baş verəcək danışıqlar böyük ehtimalla “səhnələşdirilmiş tamaşa” olacaq. Hər bir tərəf öz rolunu oynamalı, amma real, ciddi atəşkəs və ya sülh razılaşması üçün hələlik zəmin formalaşmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

21 sentyabrla bağlı XƏBƏRDARLIQ

21 sentyabrla bağlı XƏBƏRDARLIQ

Bakıda söküləcəyi deyilən məşhur bazarın direktoru DANIŞDI

Bakıda söküləcəyi deyilən məşhur bazarın direktoru DANIŞDI

“Kərə yağı” adı ilə yediyimiz zəhər

“Kərə yağı” adı ilə yediyimiz zəhər

“Formula 2”də qəza – VİDEO

“Formula 2”də qəza – VİDEO

Zelenski: “Nə Koreya, nə də Finlandiya ssenarisinə razıyıq”

Zelenski: “Nə Koreya, nə də Finlandiya ssenarisinə razıyıq”

Boşanmanın tarixi bu gündən BAŞLAYIR – Keçmişdə necə boşanırdılar?

Boşanmanın tarixi bu gündən BAŞLAYIR – Keçmişdə necə boşanırdılar?

Günəş tutulması bürclərə necə təsir edəcək?

Günəş tutulması bürclərə necə təsir edəcək?

Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu

Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu

İlham Əliyev və Kaqamenin nahar əsnasında geniş tərkibdə GÖRÜŞÜ

İlham Əliyev və Kaqamenin nahar əsnasında geniş tərkibdə GÖRÜŞÜ

Nəsrin Cavadzadə “Formula 1”də - VİDEO

Nəsrin Cavadzadə “Formula 1”də - VİDEO

Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

Şəmistan Nəzirli tədbir zamanı qəfil vəfat edib

Şəmistan Nəzirli tədbir zamanı qəfil vəfat edib

Bakıdakı məşhur bazar söküləcək

Bakıdakı məşhur bazar söküləcək

Könül Kərimovanın qayınanası doğma xalası imiş - VİDEO

Könül Kərimovanın qayınanası doğma xalası imiş - VİDEO

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Ordubad dağları ağ örpəyə büründü – VİDEO

Ordubad dağları ağ örpəyə büründü – VİDEO

Həmin obraz ona verildi - Foto

Həmin obraz ona verildi - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – FOTO

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – FOTO

İlham Zəkiyev FİNALDA

İlham Zəkiyev FİNALDA

ABŞ-dan Avropaya növbəti ZƏRBƏ

ABŞ-dan Avropaya növbəti ZƏRBƏ

Əsrimizin BƏLASI – Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI - İNFOQRAFİKA

Əsrimizin BƏLASI – Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI - İNFOQRAFİKA

Məşhur cütlük niyə tez-tez bu şəhərə gedir? – Pərəstişkarları maraq içində - FOTO

Məşhur cütlük niyə tez-tez bu şəhərə gedir? – Pərəstişkarları maraq içində - FOTO

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

End of content

No more pages to load

RADİO