Ermənistanın Baş naziri vəzifəsini icra edən və "Vətəndaş müqaviləsi” partiyasından hökumət başçısı kreslosuna namizəd Nikol Paşinyanın təhlükəsizliyinin başqalarının təhlükəsizliyi hesabına necə təmin olunduğu barədə kadrlar yayımlanıb.
Bizim.Media xəbər verir ki, görüntülər “news.am” saytında yerləşdirilib.
“5165” Milli Mühafizəkarlar Hərəkatı” partiyasının nümayəndəsi David Qriqoryan özünün Facebook səhifəsində video ilə bağlı “Sözün əsl mənasında toqquşmadan bir möcüzə ilə xilas olduq” sözlərini yazıb.
O, hərəkatın rəhbəri Karin Tonoyanın onun avtomobilində olduğunu deyib:
"Daha əvvəl belə davranış görməmişəm”.
Bizim.Media