Rusiya Prezidenti Vladimir Putinin general-mayor Aleksandr Bıkov Moskva Dövlət Yol Polisi İdarəsinin rəisi təyin edib.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu barədə sərəncam imzalayıb. 42 yaşlı general bu təyinatdan öncə sözügedən qurumda rəis müavini vəzifəsini icra edib.
Qeyd edək ki, A.Bıkov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən Səməd Vurğun adına 2 saylı orta məktəbdə alıb. Sonradan Rusiyaya köçüb.
Bizim.Media
