Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" artıq transfer çalışmalarına start verib.
Bizim.Media xəbər verir ki, Yevlax təmsilçisi U-19 yığmamızın sabiq üzvü Emin Zamanovu heyətinə qatmaq niyyətindədir.
"Karvan" hazırda "Şəfa"nın formasını geyinən yarımmüdafiəçi üçün müəyyən addımlar atılıb. Premyer Liqaya qayıdan bölgə təmsilçisi Zamanovun keçidini mövsüm başa çatan kimi həll etməyi planlaşdırır.
Rəşad Rafiqoğlu, Bizim.Media