Əfsanəvi fotbolçu Dieqo Maradona xəstəxananı tərk edib.
Bizim.Media-nın məlumatına görə, bir neçə gün əvvəl əməliyyat edilən Maradona evə buraxılıb.
O, təcili tibbi yardım maşını ilə Buenos Ayres ətrafında onun üçün ayrılmış evə aparılıb. Tibb bacıları onun durumunu müntəzəm diqqətdə saxlayacaqlar.
Qeyd edək ki, noyabrın 2-də xroniki subdural hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Maradona beyin əməliyyatı keçirib.
Bizim.Media