Onlara pulsuz MƏNZİL VERİLƏCƏK - Sadəcə bu sənədlər lazımdır

Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzillərin verilməsi ilə bağlı bizə xeyli suallar ünvanlanmaqdadır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə bəzi vətəndaşlarımızın dövlətdən pulsuz mənzil almaq hüquqları var.

Kimlər pulsuz mənzil ala bilərlər?

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar.

Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarmız və eləcə də valideynlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

"Qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri üçün bu imtiyaz nəzərdə tutulub.

Pulsuz mənzil almaq üçün hansı sənədlər təqdim olunmalıdır?
 

Qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:


1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər", - V.Bayramov bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

"Paxıllıq etməyin, tez qocalarsınız"

"Paxıllıq etməyin, tez qocalarsınız"

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO