İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, günün ilk matçında Madrid "Real"ı "Selta"nı qəbul edib. Kral klubu bu rəqiblə bütün turnirlərdə keçirdiyi əvvəlki 10 matçın hamısında qələbə qazanıb.
Bu dəfə də "Real" sevinib - 3:2. Qalib komandada qolları 33-cü dəqiqədə türkiyəli ulduz Arda Güler, 39 və 48-ci dəqiqələrdə isə fransalı hücumçu Mbappe vurub.
İspaniya
La Liqa, 34-cü tur
4 may
16:00. "Real Madrid" - "Selta" 3:2
Rəşad Rafiqoğlu, Bizim.Media