Argentina sahillərində yenidən 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 58 min nəfərin yaşadığı Uşuayya şəhərindən 291 km cənub-şərqdə və 117 min nəfərə yaxın əhalisi olan Çilinin Punta Arenas şəhərindən 523 km cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media