AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin məmnuniyyətini artırmaq məqsədilə yeni “AZAL Upgrade” proqramını tətbiq edib. Belə ki, ekonom sinif bileti alan sərnişinlər bu proqram çərçivəsində biletlərini premium ekonom və biznes sinfə yüksəltmək imkanı əldə edirlər.

Bizim.Media xəbər verir ki, “AZAL Upgrade” proqramından istifadə edərək qalib gələn sərnişinlər premium ekonom və biznes sinfə aid bütün imtiyazlardan yararlana bilərlər.

Xidmətdən yararlanmağın bir neçə üsulu var. Belə ki, ekonom sinif bileti alan sərnişinlər AZAL tərəfdən elektron poçt vasitəsilə uçuşlarından öncə “AZAL Upgrade” barədə məlumat alacaqlar.

Sərnişinlər e-poçtda yer alan linkə daxil olaraq öz təkliflərini irəli sürə və xüsusi qiymətə premium ekonom və biznes sinif oturacaqlar əldə edə bilərlər.

Eyni zamanda, sərnişinlər azal.az saytı və mobil tətbiqində “Rezervasiyanın İdarəolunması” bölməsindən və onlayn qeydiyyat (“check-in”) bölməsindən “AZAL Upgrade” xidmətinə müraciət edə bilərlər. 
 

Premium ekonom və biznes sinfə yüksəlmək imkanı uçuşdan 14 saat əvvələ qədər onlayn olaraq edilə bilər. Sərnişin təklif qiymətini irəli sürdükdən sonra ən geci uçuşuna 12 saat qalmışa qədər nəticələr barədə məlumat alacaq, yəni onun təklifi qəbul edilib edilmədiyi bildiriləcək.


Ödəniş yalnız təklif qəbul edildikdə həyata keçirilir. Bu xidmət üzrə ödənilən məbləğ geri qaytarılmır və dəyişdirilmir. Əgər təklif qəbul edilməzsə, heç bir əlavə ödəniş tutulmur. 

Bundan savayı, əgər reysin yerinə yetirilməsi üçün təyin olunmuş təyyarə dəyişərsə və sözügedən təyyarədə biznes sinfi olmazsa, o zaman təkmilləşdirmə baş tutmur və ödənilən məbləğ sərnişinə tam şəkildə geri qaytarılır.

Lakin yeni təyyarədə biznes sinif olduğu təqdirdə, o zaman müştəriyə bütün imtiyazlar təqdim olunur və heç bir dəyişiklik baş vermir.

Ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

End of content

No more pages to load

RADİO