Pezeşkianın oğlu Bakıya səfərindən yazdı: "Türk dilinin yayılması..."

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi 28 aprel tarixli səfər yerli və xarici mediada hələ də müzakirə olunmaqdadır. Xatırladaq ki, Azərbaycanda rəsmi səfəri zamanı Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.

Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun böyük oğlu Yusif Pezeşkian da olub.

Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian hazırda İran Prezident Administrasiyası rəhbərinin media üzrə müşaviri və köməkçisi vəzifəsində çalışır. O, həmin vəzifəyə ötən ilin noyabrında təyin olunub. Y.Pezeşkianı bu vəzifəyə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi təyin edib.

Bizim.Media xəbər verir ki, Yusif Pezeşkian səfərlə bağlı təəssüratlarını bölüşüb.

O, İranda türk dilində təhsil məsələsinə də toxunub.

"Bacımla otaqda oturmuşduq, iclasın bitməsini gözləyirdik. "Divanlar" adlı bir proqramda halıma uyğun bir türk şeiri axtarırdım. Bir qədər Əliağa Vahid, Sahib Təbrizi və Füzulinin şeirləri arasında dolaşdım. "Divanlar" proqramı əhatəlilik baxımından misilsizdir, amma imkanları çox məhduddur.
 

Bu proqramın üstünlüyü ondadır ki, tanıdığım bütün Azərbaycan türkcəsində yazan şairlərin şeirlərini özündə cəmləmişdi. Proqramı Zəhraya (bacıma) göstərdim. Axtardıq ki, o da öz telefonuna yükləsin, amma tapa bilmədik. Proqram "Play Store" və "App Store"dan silinmişdi.


Fikrim türk dilində təhsil tələbinə yönəlir. Özümə sual verirəm: əgər böyük türkdilli şairlər olmasaydı, əgər türk musiqisi, mərsiyələri, laylaları, nəğmələri və atalar sözləri olmasaydı, bu dilin məktəblərdə öyrədilməsinin nə faydası olardı? Bir dilin canlılığı, o dilin zəminində yaranan əsərlərlə mümkündür.

Fars dilini fars dili üzrə akademiya qoruyub yaymır. Şairlər, yazıçılar, nağılçılar, müğənnilər, aparıcılar, ssenaristlər, rejissorlar, kinoçular, akademiklər və sənaye adamları bu dilin əsl sahibləri və qoruyucularıdır.

Fars dilinin qorunmasını mənfi və məhdudlaşdırıcı üsullarla həyata keçirmək istəyənlər, elə insanları filtrləmə ilə doğru yola yönəltmək istəyənlər kimidirlər – yaxud insanları məcburən hicabla gəzdirmək istəyənlər.

Gülməli odur ki, bəzi insanlar geyim azadlığının tərəfdarıdırlar, amma dil azadlığına qarşıdırlar.

Zehnim müasir dünyanın dəyişikliklərinə yönəlir. On il sonra təhsil necə olacaq? Məktəb nə məna daşıyacaq? Biz o gün harada olacağıq? Bəlkə də yaxın gələcəkdə çərçivəsi dağılacaq bir qapıya baxmaq əvəzinə, üzümüzü yeni imkanlara çevirib yeni üfüqlərə baxmağımız daha yaxşı olar. Əgər dilinizi sevirsinizsə, onu düzgün üsullarla dəstəkləyin: elminiz və sənətiniz var?
 

Əsərlər yaradın və dilinizin zənginliyini artırın. Malınız, sərvətiniz var? Sənətkar və alimlərinizi dəstəkləyin. Heç biriniz yoxdursa, əxlaqlı olun ki, mədəniyyət və diliniz haqqında insanların zehnində gözəl bir təsəvvür yaransın.


Türk dilinin yayılmasına yardımın bir yolu da "Divanlar" kimi proqramların maddi və mənəvi dəstəklənməsidir. Bu proqramın başqa bir taleyi ola bilərdi: ona daha çox imkanlar əlavə etmək — axtarış, yadda saxlamamaq, qeydlər aparmaq, hər bir şeir üçün bəstələnmiş musiqiləri tapmaq və s." (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

End of content

No more pages to load

RADİO