Trampın arzusu REALLAŞDI – Saziş Ukraynanın xilası, yoxsa faciəsi OLACAQ?

Nəhayət, ABŞ-Ukrayna arasında nadir torpaq mineralları ilə bağlı saziş imzalandı. Müqavilə ABŞ-a alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək.

Sənəddə nələr öz əksini tapıb?

Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün lisenziyalardan əldə olunan bütün gəlirin yarısını bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.
 

Anlaşmaya əsasən Ukraynanın bütün yeraltı, yerüstü, ərazi sularındakı sərvətləri və infrastrukturu Ukrayna dövlətinin mülkiyyəti olaraq qalacaq. Ukrayna hökuməti yeni sahələrin və yataqların istismarı üçün verəcəyi lisenziyalardan və yeni layihələrdən əldə ediləcək gəlirin 50%-ni isə İnvestisiya Fonduna köcürəcək.


ABŞ da Fondun maliyyələşməsində 50 faizlik pay sahibi olacaq. Vaşinqton maliyyə və ya hərbi yardımlar şəklində maliyyələşmədə iştirak edə bilər. Fondun gəlirlərindən Ukraynada və ABŞ-da vergi tutulmayacaq. Fondun vəsaitləri yanız Ukrayna daxilindəki yatırımlara yönəldiləcək.

Üstəlik, Trampın daha əvvəl bəhs etdiyi kimi, Ukraynanın ABŞ-a olan borcunun qaytarılması məsələsi də sazişdə öz əksini tapmayıb.

ABŞ-Ukrayna sazişi nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli bildirir ki, bağlanan bu müqavilə Ukraynada müharibənin dayandırılmasına mühüm töhfə verəcək:

 “Kiyevlə Vaşinqton arasında  imzalanan müqavilə əslində deyərdim ki, Ukraynaya qorunmaq imkanı verməyə hesablanmış addımdır. Çünki gedişat göstərdi ki, Ukraynanı başqa cür qorumaq mümkün deyil. Ukraynanın NATO-ya qəbulu baş verməyəcək. Çünki bu Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. Lakin müharibəni dayandırıb, Ukraynaya müəyyən zəmanətlər vermək lazımdır. İmzalanan saziş də fikrimcə, məhz ona xidmət edir”.

Müsahibimizin fikrincə, sazişə ABŞ-ın müharibəni dayandırmaq yolunda atdığı mühüm addım kimi baxmaq olar:

“Saziş Kiyevə zəmanət verir. Sazişdə göstərilir ki, Ukraynanın bir sıra liman və infrastrukturu Kiyevlə Vaşinqtonun birgə mülkiyyətinə keçəcək. Bu isə o anlama gəlir ki, Rusiya həmin ərazilərə zərbələr endirmək və oraları tutmaq niyyətindən imtina etməli olacaq. Nəticədə bu saziş gec də olsa, ən azından indiki mərhələdə real atəşkəsin əldə edilməsinə mühüm töhfə verəcək”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

End of content

No more pages to load

RADİO