Bu taksi sürücüləri CƏRİMƏ OLUNACAQ

Əvvəllər hər avtomobili olan şəxs taksi kimi fəaliyyət göstərə bilərdi. Müştərini tap, rolu tut və budur, sür getsin. Amma indi vəziyyət tamamilə dəyişib. Belə ki, hazırki qaydalara əsasən, sertifikasiyadan keçə bilməyən sürücülər taksi kimi işləyə bilməzlər.

Bizim.Media xəbər verir ki, bəzi sürücülərin isə ümumiyyətlə sertifikasiya ilə bağlı məlumatları yoxdur. Yaxın günlərdə keçirilən imtahanda 180-ə yaxın taksi sürücüsü tələb olunan balı yığa bilməyiblər.

Bəs kəsilən sürücülərin aqibəti necə olacaq?

Məsələ ilə bağlı milli.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradov münasibət bildirib.

Onun sözlərinə görə, sürücülər bu imtahanı çox böyüdür:

“Bu sadə imtahandır, bəzi sürücülər həyacanlanırlar deyə elementar sualları səhv edirlər. Amma ümumilikdə nəticə yaxşıdır. Belə ki, imtahandan keçib qanuni olan sürücülərin sayı 27 minə gəlib çatıb. Bu, böyük göstəricidir.

İmtahandan keçə bilməyənlər isə yenidən imtahan verə bilərlər. İmtahan haqqı 30 AZN təşkil edir. Əgər sertifikasiyadan keçmədən sürücü işləyirsə, bu halda cərimə edilə bilər.
 
Sertifikasiyadan keçməyən sürücünü hansısa şirkət işə cəlnb edirsə, həmin şirkəti də cəza gözləyir. Bu gün sistem elə qurulub ki, sürücü qeydiyyatdan keçəndə şirkət ondan sertifikasiya tələb edir. Əgər şirkət sertifikayasız sürücünü işə cəlb edirsə, bunu sistemdə AYNA görür.

Dərhal həmin şirkət cəzalanır. Birinci dəfə 20 min manat, ikinci dəfə 40 min manat cərimə tətbiq olunur".

Qeyd edək ki, bu tələblər həm sürücülərin peşekarlığını artıracaq, həm də sərnişinlərə rahatçılıq yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

End of content

No more pages to load

RADİO