Əgər sülh nizamlanmasında irəliləyiş əldə olunmasa, ABŞ bu prosesdə vasitəçi rolundan əl çəkəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Biz bu müharibəni (Ukrayna-Rusiya münaqişəsini nəzərdə tutur - red.) bitirməyin mümkün olub-olmadığını həftələr yox, bir neçə gün ərzində başa düşməliyik.
Əgər belədirsə, biz bunu asanlaşdırmaq və münaqişənin faydalı və ədalətli şəkildə yekunlaşacağına əmin olmaq üçün əlimizdən gələni etməyə hazırıq", - ABŞ dövlət katibi Marko Rubio deyib.
Bizim.Media