“Donald Tramp Ukraynanın artıq dəstəklədiyi 30 günlük atəşkəs elan edilməsinin tərəfdarıdır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox news”a açıqlamasında deyib.
"Prezident ən azı 30 gün ərzində hərtərəfli atəşkəs istəyir və biz onu uzada bilərik. Əgər ukraynalıların atəşkəs razılığına nəzər salsanız, indi bu, ruslardan, Putindən asılıdır”, - Kelloq deyib.
O bildirib ki, artıq ABŞ Ukrayna və Rusiya arasında sülhə daha yaxındır.
Bizim.Media